Hadisə

Şabranda dəhşətli intihar

35 yaşlı şəxs içkili vəziyyətdə özünü yaşadığı evin həyətində asıb

· Xəbərçi
Şabranda dəhşətli intihar
Şabranda ölümlə nəticələnən intihar hadisəsi baş verib. ANS PRESS-in Şimal bürosunun verdiyi məlumata görə, bu gün saat 19:20 radələrində Şabran şəhəri, Tofiq İsmayılov, 32 ünvanında bir içkili şəxs intihar edib.

Şabran Rayon Polis Şöbəsinin rəis müavini Məmmədmusa Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, 1977-ci təvəllüdlü Həsən Qulamhüseyn oğlu Kərimov içkili vəziyyətdə özünü yaşadığı evin həyətində asıb. Ailəli olan H.Kərimov içkiyə meyilli insan olub.

Artıq Şabran rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (Qəsdən özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Şərhlər