Şabran-Qəndob yolunda “KAMAZ” aşıb
20 May 2010 Cümə Axşamı 23:20
Hadisəyə Nəqliyyat Nazirliyinə məxsus maşının səbəb olduğu bildirilir.
Bu gün axşam saat 18:00 radələrində Bakıdan Qusara gedən “KAMAZ” markalı avtomaşın aşıb. 38 BA 193 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Laçınov Malik Fəxrəddin oğlunun ANS PRESS-ə verdiyi məlumata görə, ağır tonnajlı maşının aşmasına səbəb onun qarşısına keçən Nəqliyyat Nazirliyinə məxsus avtomaşın olub.

Sürücü bildirib ki, Bakıdan mişar daşı ilə yüklənmiş maşın Şabran rayonundan Qəndob istiqamətində saatda 40-50 kilometr/saat sürətlə hərəkət edərkən Nəqliyyat Nazirliyinə məxsus avtomaşın onun qarşısına keçib. Toqquşmanın qarşısını almaq istəyən sürücü isə “KAMAZ”ı aşırıb. Hadisə nəticəsində sürücü xəsarət almayıb. Qəzaya səbəb olan avtomobilin isə hadisə yerindən uzaqlaşdığı bildirilir.

Ərazi üzrə Yol Patrul Xidmətinin I Tağım Komandiri Mahir Məmmədyarovun verdiyi məlumata görə, sürücü qəzanın Nəqliyyat Nazirliyinə məxsus avtomobilin yol hərəkəti qaydalarını pozması səbəbindən baş verdiyini bildirsə də, bu fakt hələ ki, təsdiq edilməyib və araşdırmalar davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar