Sabirabadın bir kəndi tamamilə evakuasiya edilib
07 May 2010 Cümə 13:50
Abid Şərifov hadisə yerinə yollanıb
Kür çayının suları Sabirabad rayonuna da çatıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, gecə saat 03:00 radələrində Kür çayı Şirvanın Bayramlı qəsəbəsindən təxminən 10 metrlik məsafədə bəndi yuyaraq Sabirabad ərazisinədə daxil olub. Hazırda Sabirabadın Dadaşbəyli kəndini tamamilə sel suları basıb. Bir neçə ev uçub, kəndin əhalisi demək olar ki, tamamilə boşaldılıb. Kənddə axan suyun hündürlüyü 2 metrə çatır.
Sel sularının Biləsuvar rayonuna çatmaq təhlükəsi yaranıb.
Bölgə müxbirinin məlumatına görə, hazırda Baş nazirin müaini Abid Şərifov, Meliorasiya və su təssərüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, fövqəladə hallar nazirinin müavini, icra nümayəndələri bəndin dağıldığı ərazidədirlər. Bəndin bərkidilməsi və sel sularının qarşısının alınması üçün tədbirlər görməyə çalışılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: