Hadisə

Sabirabadda quşçuluq ferması yanır

Əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub

· Xəbərçi
Sabirabadda quşçuluq ferması yanır
Azərbaycanın Sabirabad rayonunun Şıxlar kəndində quşçuluq ferması yanır. Bu barədə ANS PRESS-ə rayon icra hakimiyyətinin başçısının I müavini, rayon Fövəladə Hallar Komissiyasının sədri Vəfədar Bayramov məlumat verib. Yanğın fermanın ərazisində yerlə.ən digər iki binaya da keçib. Əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının qarşısı alınır.

Yanğın zamanı insan tələfatı olmayıb.

Şərhlər