Rusiyanın Stavropol şəhərində qətliam törədildi
22 Yanvar 2011 Şənbə 11:35
“Xan” ləqəbli Vladimir Slezayev ailəsi ilə birlikdə qətlə yetirildi.
Rusiyanın Stavropol şəhərində kütləvi qətliam baş verib. Qətl hadisəsi biznesmen Vladimir Slezayevə məxsus şəxsi evdə törədilib. Vladimir Slezayev də daxil olmaqla 7 şəxsin cəsədi biznesmenə məxsus qarajda, daha bir cəsəd isə həyətdə aşkar edilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cəsədlərdən birinin Stavropol şəhərinin “Cənub bazarı” ticarət mərkəzinin sahibi, kriminal aləmdə “Xan” ləqəbi ilə tanınan Vladimir Slezayevə məxsus olduğu dəqiqləşdirilib. Ölənlər içərisində 61 yaşlı V. Slezayevin qızı kürəkəni ilə birlikdə, uşaqlarının dayəsi, sürücüsü, onun itinə baxan şəxs və iş adamı ilə bir mənzildə yaşayan şəxs də var.
Slezayevin 8 yaşlı və 15 aylıq qızları isə sağ qalıb. Qətldən sonra cinayətkarlar Slezayevin seyfini sındırmağa cəhd edərək, mənzili yandırmaq məqsədilə qaz buraxıblar. Stavropol şəhər Təhqiqat Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, baş vermiş qətl hadisəsi ilə bağlı xüsusi qərargah yaradılıb. Hadisə yerinə başda Təhqiqat Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də olmaqla kriminalistlərdən ibarət qrup yollanıb. İlkin ehtimala görə, hadisə kriminal qruplaşmaların bir-biriləri ilə haqq-hesab çürütməsi zəminində baş verib. Baş vermiş qətllə bağlı cinayət işi açılıb.
Biznesmen Vladimir Slezayevə 2003-cü ildə də sui-qəsd olu. Həmin vaxt biznesmen ağır yaralanıb, onun həyat yoldaşı isə öldürülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: