Rusiyada daha bir azərbaycanlı güllələnib
28 Yanvar 2011 Cümə 12:05
İnsident iki həmyerli arasında baş verib.
Rusiyanın Sankt-Peterburq şəhərinin Kupçino rayonunda iki azərbaycanlı arasında silahlı insident baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yerli hüquq-mühafizə orqanları Sofiya küçəsində yerləşən meyvə-tərəvəz bazası yaxınlığında baş vermiş münaqişənin təfərrüatlarını araşdırmağa başlayıblar.

Daxili İşlər Baş İdarəsinin növbətçi hissəsinə hadisənin baş verməsi barədə məlumat dünən Bakı vaxtı ilə saat 15:30-da daxil olub. Milis işçiləri Sofiya küçəsi, ev 60-ın qarşısında üzərində Lelinqrad vilayətinin nömrə nişanı olan “Porsche Cayenne” markalı avtomobil aşkar ediblər. Lakin maşının sahibi hadisə yerində olmayıb. Avtomobilin sükanı arxasında isə travmatik silahın gilizləri tapılıb. Orqan əməkdaşları müəyyən ediblər ki, maşın Azərbaycandan olan 26 yaşlı Viborq şəhər sakininə məxsusdur.

İnsidentdən dərhal sonra meyvə-tərəvəz bazasından xəstəxanaya sağ yanağından odlu silah yarası ilə Azərbaycan mənşəli 39 yaşlı Peterburq sakininin gətirilməsi barədə məlumat daxil olub. Əməliyyatdan sonra zərərçəkən bildirib ki, həmin gün təqribən 14 radələrində göstərilən ünvanda ona naməlum şəxs atəş açıb.

Xarici maşının sahibinin kimliyi də dərhal məlum olub. Onun da eyni xəstəxanaya gətirildiyi müəyyənləşib. O bura boğazından kəsilmiş yaralarla daxil olub.

Faktla bağlı təhqiqat aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar