Röyanın qəzaya uğrayan bacısından acı xəbər
17 İyul 2012 Çərşənbə Axşamı 00:12
Qəzada ağır xəsarət alan 29 yaşlı Vüsalə Nəcəfova böyrəyini itirib.
Müğənni Röyanın ötən gecə qəzaya uğrayan bacısı Vüsalə Nəcəfovadan xəbər var. Merkez.az-ın əldə etdiyi məlumata görə, yol qəzasında ağır xəsarət alan Vüsalə Nəcəfovanın böyrəyi çıxarılıb. Onun vəziyyəti ağır olaraq qalır.

Xatırladaq ki, Ötən gecə Bakı - Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Rizvan Niyazovun idarə etdiyi “Mitsubishi” markalı avtomaşın qəzaya uğrayıb. Qəza nəticəsində avtomobildə olan iki nəfər sərnişin, 29 yaşlı Abşeron rayon Mehdiabad qəsəbə sakini Nəcəfova Vüsalə Yaqub qızı və onun 6 yaşlı oğlu Niyazov Fəxri Rizvan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təcili 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı 6 yaşlı Fəxrinin vəziyyətinin normal olduğu məlum olub. Xəsarətləri ağır olan Vüsalə Nəcəfova isə dərhal cərrahi müdaxilə üçün əməliyyat otağına çatdırılıb. Cərrahi müdaxilədən sonra Vüsalə Nəcəfovanın həyatını xilas etmək mümkün olsa da, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı ağır yaralanan 29 yaşlı Nəcəfova Vüsalə Yaqub qızı tanınmış müğənni Röyanın bacısıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar