Bakının Sabunçu rayonunda mənzilə basqın edilib. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.
Ramin Məcidova məxsus evə girən bir neçə maskalı şəxs onun həyat yoldaşı Şəlalə Məcidovanın əl-qolunu bağlayaraq hədə-qorxu gəlmək yolu ilə ondan evdə olan pul və qiymətli əşyaların yerini soruşublar. Qadın yeri deyəndən sonra maskalılar 400 manata yaxın pulu və qızıl əşyaları götürərək hadisə yerindən uzaqlaşıblar.
Hazırda polis əməkdaşları hadisə yerində ilkin araşdırmalar aparır. Dəyən ziyanın məbləği müəyyənləşdirilir. Hələlik şübhəli şəxs yoxdur. ANSPRESS
Ramanada mənzilə basqın edilib
Naməlum şəxslər oradan pul və qızıl əşyalar aparıb.




Şərhlər