Hadisə

Quyuya düşən at xilas olundu

2 - 2.5 dəriniyi olan quyuya düşən at bir müddət burda köməksiz vəziyyətdə qalıb.

· Xəbərçi
Quyuya düşən at xilas olundu
Bakının Xəzər rayonunda çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya at düşüb.

FHN mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, 2 - 2.5 dəriniyi olan quyuya düşən at bir müddət burda köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə atı quyudan çıxarıblar.

Şərhlər