Hadisə

Qusarda torpaq sürüşməsi baş verib

Hazırda hadisə yerində müvafiq tədbirlər görülür

· Xəbərçi
Qusarda torpaq sürüşməsi baş verib
Qusar rayonunda torpaq sürüşməsi baş verib. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, sürüşmə hadisəsi rayonun Urva kəndində baş verib.
Şimal Regional Mərkəzindən Nazirliyə daxil olan məlumata əsasən, 2009-cu ilin mart ayının ortalarında Qusar rayonu, Urva kəndində baş vermiş torpaq sürüşməsi 22 fevral 2010-cu il tarixindən yağıntılar nəticəsində yenidən fəallaşaraq sürüşmə ərazisində yerləşən evlərə ciddi təhlükə yaradıb.
Torpaq sürüşməsinin təxminən 10.000 m2 ərazini əhatə etdiyi bildirilir. Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. anspress

Şərhlər