Qusar şəhərinin mərkəzində ikimərtəbəli evdə yanğın baş verib.
ANS PRESS-in bölgə müxbirinin məlüumatına görə, hadisə Əli Əfəndi küçəsindəki 10 saylı evdə baş verib. Altı otaqdan ibarət evdə yanğın baş verməsi barədə məlumat alan Fövqəladə Hallar Nazirliyinin Qusar Dövlət Yanğından Mühafizə hissəsinin briqadaları dərhal hadisə yerinə gəlib. Yanğından mühafizə hissəsinin rəis əvəzi Güləhməd Zəkiyevin verdiyi məlumata görə, ev sahibi Səfər Məmmədov hadisə zamanı bel kürək nahiyəsindən yanıq xəsarəti alıb. Hazırda zərərçəkən rayon xəstəxanasında müalicə olunur.
Evin birinci mərtəbəsində yanğının qarşısı alınıb. İkinci mərtəbədə isə 2 otaq, ümumilikdə 42 kvadrat metr sahə yanıb. Hazırda FHN şimal rejional nəzarət idarəsinin əməkdaşları yanğının başvermə səbəblərini araşdırır. ANSPRESS
Qusarda ikimərtəbəli ev yandı
Birinci mərtəbədə yanğının qarşısı alınsa da, ikinci mərtəbədə 42 kv.metr sahə yanıb.




Şərhlər