Qusarda 9-cu sinif şagirdi intihar etdi
22 Fevral 2010 Bazar Ertəsi 11:35
Həzrətəli Aydın oğlu Şahovun yaşadığı evin həyətində özünü asıb
Azərbaycanın Qusar rayonunda intihar hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə fevralın 21-i axşam saatlarında qeydə alınıb.
Qusarın Əvəcük kənd sakini, 9-cu sinif şagirdi Həzrətəli Aydın oğlu Şahov özünü yaşadığı evin həyətində kəndirlə asıb. Hadisə yerinə rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar. İntiharın baş vermə səbəbi bilinmir.
Faktla bağlı AR CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, H.Şahov ailənin 3-cü ovladı olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: