Bu gün Qusar rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1960-cı il təvəllüdlü Qusar rayon Aşağı Ləyər kənd sakini, 1960-cı il təvəllüdlü Şərifov Qiyasəddin İlyas oğlu yaşadığı evdə başına balta ilə bir neçə zərbə endirib.
Onun psixi vəziyyətinin normal olmadığı bildirilir. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.
Qusarda 52 yaşlı kişi özünü baltaladı
Aşağı Ləyər kənd sakini başına balta ilə bir neçə zərbə endirib.




Şərhlər