Ağdamda partlamamış döyüş sursatı ilə ehtiyatsız davranma nəticəsində 1 nəfər azyaşlı uşaq yaralınıb. ANS-in Qarabağ bürosundan verilən məlumata görə, hadisə Ağdamın Xındırıstan kəndi ərazisində saat 19:30 radələrində baş verib.
16 yaşlı Ceyhun Səfərov həyətdən tapdığı döyüş sursatını əlinə götürərkən partlayış olub. O, müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralının vəziyyəti ağır olaraq qalır.
Qumbara 16 yaşlı gəncin əlində partlayıb
Ağdamda partlamamış döyüş sursatı ilə ehtiyatsız davranma nəticəsində 1 nəfər azyaşlı uşaq yaralınıb.




Şərhlər