28 fevral 2010-cu il tarixində Quba rayonu, Qəçrəş kəndində "Baba ocağı" restoranının yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Torpaq sürüşməsinin, təxminən 150-200kv.m. ərazini əhatə etdiyi bildirilir. Sürüşmə nəticəsində bir neçə ağac sürüşmə sahəsində olan metal konstruksiyadan quraşdırılmış köşklərin üzərinə aşaraq onları yararsız hala salıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. ANSPRESS
Qubada torpaq sürüşməsi baş verib
Hadisə nəticəsində xəsarət alan olmayıb




Şərhlər