Qubada dərəyə yuvarlanan maşın yandı
10 İyul 2012 Çərşənbə Axşamı 00:53
Daha 2 nəfər qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ötən gün axşam saatları Quba - Qonaqkənd yolunun 37-ci kilometrliyində, Güləzi kəndi ərazisində ölümlə nəticələnən ağır-yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Utuq kənd sakini 25 yaşlı Adıgözəlov Qalib Firəng oğlunun idarə etdiyi “UAZ” markalı avtomobil dərəyə yuvarlanıb.
Quba rayon polis şöbəsinin müstəntiqi Əsgər Kazımov avtomobilin dərənin dibində alışdığını, 3 nəfərin isə yuvarlanma vaxtı maşından yıxıldığını bildirib. Sürücünün bacısı 22 yaşlı Adıgözəlova Rəmziyyə Firəng qızı hadisə yerində keçinib.
Qəzanın səbəbləri və xəsarət alan üçüncü sərnişinin şəxsiyyətinin müəyyənləşməsi istiqamətində araşdırmalar davam edir. Qəzanın dəqiq səbəbləri təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: