Quba sakininin meyiti yaşadığı evdən tapıldı
13 İyun 2012 Çərşənbə 12:59
Faktla bağlı cinayət işi başlanıb.
Ötən gün Quba sakininin meyiti evində tapılıb. Rayon Prokuroru Nazim Hacıyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Quba rayon sakini Arif Eyyubovun baş nahiyəsində qan ləkələri olan meyiti yaşadığı evdən tapılıb. Xəbər Polis şöbəsinə verilən kimi, polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib. Meyit tibbi ekspertizadan keçib və müəyyən edilib ki, Arif Eyyubov qətlə yetirilib.

Deyilənlərə görə, Arif Eyyubov tufeyli həyat keçirirmiş və spritli içkiyə meyilli olub. Bu üzdən həyat yoldaşı onu tərk edibmiş. Onla qardaşı arasında insident olduğu bildirilir və ehtimal edilir ki, Arif Eyyubovu elə qardaşı qətlə yetirib. Lakin hələlik Nazim Hacıyev bu barədə fikir bildirməyib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar