Hadisə

Quba sakini qardaşının evində boğazını kəsdi

Qardaşından pul ala bilməyən Rauf Tahirov əlindəki ülgüclə özünə boğaz nahiyəsindən bir neçə xəsarət yetirib.

· Xəbərçi
Quba sakini qardaşının evində boğazını kəsdi
Bu gün Qubada orijinal intihara cəhd olub. ANS PRESS-in Şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini, 1965-ci il təvəllüdlü Rauf Əlistan oğlu Tahirov əlindəki ülgüclə özünə boğaz nahiyəsindən ağır xəsarətlər yetirib.

Hadisə Quba rayonunun Alekseyevka kəndində qeydə alınıb. R.Tahirov qardaşı Ağacan Tahirovun yaşadığı evə gedərək ondan pul istəyib. Qardaşından pul ala bilməyən Rauf əlindəki ülgüclə özünə boğaz nahiyəsindən bir neçə xəsarət yetirib.

Məlumata görə, yaralı Quba rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. R. Tahirovun psixi problemlərinin olduğu da müəyyənləşib. O, bundan əvvəl Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum olunub.

Faktla əlaqədar Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər