Hadisə

Quba bazarında bıçaqlanma hadisəsi baş verdi

32 yaşlı Quba rayon Töhüb kənd sakini Əvəz Xələfov bazarda yerləşən dükanların birində bıçaqlanıb.

· Xəbərçi
Quba bazarında bıçaqlanma hadisəsi baş verdi
Qubada bazarda bıçaqlanma hadisəsi baş verib. Rayon Prokuroru Nazim Hacıyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 32 yaşlı Quba rayon Töhüb kənd sakini Əvəz Xələfov bazarda yerləşən dükanların birində bıçaqlanıb. Onu, keçmiş qaynı, Rük kənd sakini 24 yaşlı Natiq Niyyətulla oğlu Balayev bıçaqlayıb. Əvəz Xələfova 3 bıçaq xəsarəti yetirən Natiq Balayev polis tərəfindən saxlanılıb.

Saxlanılan şəxs bildirib ki, Əvəz Xələfov bir neçə il bundan əvvəl bacısını boşayıb. Onu mağazada görəndə köhnə kini yadına düşən Natiq Balayev onunla mübahisəyə başlayıb və qəflətən bıçağa əl atıb.

Yaralı şahidlərin köməyi ilə xəstəxanaya çatdırılıb. Əvəz Xələfov qarın, bel və qabırğaların alt hissəsindən kəsilmiş-deşilmiş yaralar alıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsilə cinayət iş başlanılıb, araşdırma aparılır.

Şərhlər