Qlobal istiləşmədən qorxan ailə intihar etdi
02 Mart 2010 Çərşənbə Axşamı 18:20
İki övladını güllələyən valideynlər özlərini də öldürüblər
Argentinada dəhşətli bir ailə intiharı baş verib. Qlobal istiləşmədən qorxan ər-arvad əvvəlcə uşaqlarını, sonra da özlərini öldürmək qərarına gəliblər. 56 yaşlı Fransisko Lotero və 23 yaşındakı Miriam Koletti əvvəlcə iki yaşlarındakı oğlanları Fransiskonu və 7 aylıq körpələrini güllələdikdən sonra özləri də intihar ediblər. İki yaşlı Fransisko dərhal dünyasını dəyişsə də, adı açıqlanmayan 7 aylıq körpə sinəsindən güllə yarası almasına baxmayaraq həyatda qalıb. Körpənin öldüyünü zənn edən cütlük daha sonra özləri intihar edib.
Sinəsindəki güllə yarası ilə 3 gün cəsədlərin arasında qalan körpəni isə ailənin qonşuları xəstəxanaya çatdırıb. Hazırda Argentinanın Korrientes bölgəsində müalicə olunan körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.
Polis tərəfindən aşkar olunan məktubda isə ailənin qlobal istiləşmədən qorxduqları üçün belə bir qərar qəbul etdikləri yazılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: