Qızının xəstəliyinə dözməyən Siyəzən sakini özünü kəlağayı ilə asdı
24 May 2011 Çərşənbə Axşamı 11:31
Gəlin köçən başına örtüdüyü kəlağayı onu o biri dünyaya yola saldı
Azərbaycanın Siyəzən rayonunda intihar hadisəsi baş verib. Siyəzən Rayon Polis Şöbəsinin rəis müavini Yusif Ələsgərovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə rayonun Dərə Zarat kəndində baş verib.
51 yaşlı Mülayim Dadaş qızı Muradova yaşadığı evin tavanından kəlağayısı ilə özünü asaraq intihar edib. Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə Prokurorluq və polis əməkdaşları yollanıb. İlkin araşdırma zamanı məlum olub ki, ürək xəstəliyindən əziyyət çəkən M.Muradovanın 21 yaşlı qızı ruhi əsəb xəstəsi olub. İlkin ehtimala görə, qadının intihar etməsinə səbəb də elə qızının xəstəliyinə dözməməsi olub.
Bəzi məlumatlara görə, qadın özünü gəlin köçən zaman başına örtülən kəlağayı ilə asıb.
Faktla bağlı AR CM-nin 125.1(Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə çinayət işi başlanılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: