Lənkəran şəhər hərbi hospitala yerləşdirilən hərbi qulluqçulardan daha biri vəfat edib. Bölgə müxbirimizin verdiyi məlumata görə, bu, 1989-cü il təvəllüdlü, Cəbrayıl Rayon Hərbi Kommisarlığından həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanov Elçin Lələkişi oğludur.
Baş vermiş qəza ilə bağlı Lənkəran hərbi prokurorluğunda CM-nin 351-ci maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.
Beləliklə, qəza nəticəsində ölən hərbçilərin sayı 5-ə çatıb. 4 nəfər isə yaralıdır.
Xatırladaq ki, dünən Lerik rayonu ərazisində içində 18 əsgər olan 04-63 SQ nömrə nişanlı "Qaz-66" markalı hərbi maşın aşaraq dərəyə yuvarlanıb. Hadisə təxminən saat 15.30 radələrində Lənkəran-Lerik magistralının 45-ci kilometrində, Lerikin Yeni Günəşlı kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.
Onu da əlavə edək ki, qəzaya uğrayan maşında Sərhəd Qoşunlarının hərbi xidmətdən təxris olunan əsgərləri olub. ANSPRESS
Qəzada ölən hərbçilərimizin sayı 5-ə çatdı
Lənkərandakı hospitala yerləşdirilən hərbi qulluqçulardan biri vəfat edib.




Şərhlər