Hadisə

Qəbələdə üç nəfər qar uçqununa düşüb

Onların axtarışlarına FHN-in aviasia dəstəsinin 1 helikopteri cəlb edilib

· Xəbərçi
Qəbələdə üç nəfər qar uçqununa düşüb
. Azərbaycanda üç nəfər qar uçqununa düşüb. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb. Yaxınları onların qar uçqununa düşdüyünü bildirib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunub.

İtkin düşmüş şəxslərin axtarışları davam edir.

Şərhlər