Hadisə

Qazel ağaca çırpılıb yandı

Qəzada avtomobilinin mühərriki, salonu və şam ağacı yanıb.

· Xəbərçi
Qazel ağaca çırpılıb yandı
Ötən gecə Şəmkir rayonunda yol-qəza hadisəsi baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə rayondan 6 km aralı Dəllər Cəyir kəndində baş verib.

Məlumata görə, vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobili idarəetməni itirib və yolun kənarındakı Şam ağacına çırpılaraq yanıb.

Yanğın nəticəsində yük avtomobilinin mühərriki, salonu və şam ağacı yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər