Qayadan yıxılaraq dünyasını dəyişən ovçunun bədənində güllə yaraları
27 Yanvar 2014 Bazar Ertəsi 12:01
Güllə izləri 1981-ci il təvəllüdlü Seyidəliyev Məmmədbağırın cəsədinin tibbi espertizası zamanı aşkarlanıb.
Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazisində dağda ov zamanı yıxılaraq öldüyü bildirilən rayonun Xaçmazqışlaq kənd sakini Seyidəliyev Məmmədbağırın meyidinin üzərində güllə yaraları aşkarlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Seyidəliyev Məmmədbağırın cəsədinin tibbi espertizası zamanı onun bədənində güllə izlərinə rast gəlinib.

Xatırladaq ki, ötən gün Oğuz rayon sakini ovda dünyasını dəyişib. Rayonun Xaçmazqışlaq kənd sakini 1981-ci il təvəllüdlü Seyidəliyev Məmmədbağır Aydın oğlu bu gün səhər saatlarında ov məqsədi ilə getdiyi dağ meşəlik ərazidə ayağı büdrəyib və başı ağaca dəyib. O, elə hadisə yerindəcə dünyasini dəyişib.

Oğuz rayon polis əməkdaşlarının iştiraki ilə mərhumun cəsədi ərazidən götürülərək əvvəlcə tibbi ekspertizaya, sonra isə ailəsinə təhvil verilmişdi.

Faktla bağlı Oğuz Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar