Hadisə

Qana paytaxtında yük təyyarəsi qəzaya uğradı, ölənlər var

Hazırda ölənlərin sayı dəqiqləşdirilir.

· Xəbərçi
Qana paytaxtında yük təyyarəsi qəzaya uğradı, ölənlər var
Qananın paytaxtı Akkranın beynəlxalq hava limanında böyük yük təyyarəsi qəzaya uğrayıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində neçə nəfərin olduğu bəlli deyil. Yerli KİV xəbər verir ki, ölənlərin sayı dəqiqləşdirilir.

Hava limanı rəhbərliyinin məlumatına görə, təyyarə Akkradakı “El Vak” idman stadionunun yaxınlığına düşüb. Qəza təyyarə hava qalxdıqdan bir neçə dəqiqə sonra baş verib. Hadisə yerindəki şahidlər çoxlu sayda adamın öldüyünü bildirirlər.

Yerli radiostansiyanın məlumatına görə, təyyarə “Allied Air Cargo” şirkətinə məxsus olub.

Şərhlər