Hadisə

Qaldırıcı krandan yük fəhlənin başına düşdü

“Qarasu Oil” şirkətinin neft quyusunda qaldırıcı kranının yükü fəhlənin başına düşüb.

· Xəbərçi
Qaldırıcı krandan yük fəhlənin başına düşdü
Bu gün saat 10.30 radələrində Hacıqabul rayonunda “Qarasu Oil” şirkətinin neft quyusunda bədbəxt hadisə baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, şirkətin elektrik çilingəri işləyən 1975-ci il təvəllüdlü Ağayev Oleq Siyasətoviçin başına yük qaldıran kranının qarmağında olan yük düşüb.

Hadisə nəticəsində Oleq Ağayev aldığı xəsarətlərdən yerində ölüb. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırma aparılır.

Şərhlər