Türkiyənin Ordu vilyətində qəribə bir hadisə meydana gəlib. Vilayətin Gölköy rayonu sakini olan qadın zamin olduğu kişi borcunu ödəmədiyi üçün onu odunla döyüb. Baş vermiş qeyri-adi hadisə yaxınlıqda olan təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Qeyd edək ki, videoçarxda arxasında odun gizlədən qadının söhbət edən 3 nəfərə yaxınlaşaraq onlardan birini döydüyü görünür. Bir anda nə baş verdiyini başa düşməyən kişi daha sonra qaçmağa başlayır. Hadisənin davamı isə başqa bir kamera tərəfindən qeydə alınıb.
Qadın odunu kişinin başında sındırdı (VİDEO)
Qadın zamin olduğu kişi borcunu ödəmədiyi üçün onu odunla döyüb




Şərhlər