Porşe zirzəmiyə girdi
17 Fevral 2014 Bazar Ertəsi 22:18
Yolda tıxac yaranıb, hadisə yerinə nə Dövlət Yol Polisi təmsilçiləri, nə də təcili yardım maşını gəlib.
Bu gün saat 22 radələrində Bakı şəhərinin Yasamal rayonunda “Mersedes”lə toqquşan “Qalonvagen” yaxınlıqdakı yaşayış binasının zirzəmisinə girib.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Əbdürrəhim Haqverdiyev küçəsində, keçmiş Çörək zavodunun yanında baş verən qəza zamanı avtomobillərdə olan sərnişinlər və sürücülər yüngül xəsarət alıblar.

Hadisə nəticəsində yolda tıxac yaranıb. Qəzaya səbəb olmuş avtomobillərdən birinin sürücüsünün vəziyyəti nisbətən ağırdır. Amma hələ ki, hadisə yerinə nə Dövlət Yol Polisi təmsilçiləri, nə də təcili yardım maşını gəlib.

Hadisə nəticəsində, yaxınlıqdakı beşmərtəbəli binanın birinci mərtbəsinin divarı dağılıb. “Qalonvagen” markalı avtomobil binanın zirzəmisindəki dükanın içinə girib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar