Porsche sürən qadın sürücü qəza törətdi
14 Avqust 2014 Cümə Axşamı 13:19
Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

ANS TV-nin məlumatına görə, gecə saatlarında paytaxtın Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Koroğlu Rəhimovla Təbriz küçəsinin kəsişməsində baş verib. Qəza Rahim Mustafayevin idarə etdiyi “Fiat” markalı avtomobillə Koroğlu Rəhimov küçəsi ilə üzü Həsən Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən baş verib. Elə bu zaman gözlənilmədən Təbriz küçəsi ilə hərəkət edən “Porsche” markalı avtomaşın ona çırpılıb. Zərbə güclü olduğundan “Fiat” markalı avtomobil işıq dirəyinə çırpılıb və nəticədə “Fiat”-ın sürücü yüngül bədən xəsarətləri alıb. Qəza zamanı zərər dəymiş avtomobildə bir nəfər sərnişində olub.

“Fiat”ın sürücüsü bildirib ki, “Porsche”ni idarə edən xanım avtomobili ilə birgə hadisə yerindən qaçıb. Şahidlərin sözlərinə görə, xanım sürücü içkili olub.

Avtoqəzadan dərhal sonar əraziyə Nərimanov rayonu Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq hansı səbəbdən baş verdiyi isə hadisə yerinə yaxın yerləşən təhlükəsizlik kamerasına baxıldıqdan sonra qərar veriləcək. Faktla bağlı araşdırmlara başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar