Bakı şəhərində pornoqrafik filmlər yayan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xətai rayonu Saraevo küçəsində yerləşən musiqi diskləri dükanında işləyən 17 yaşlı Məhəmməd Hüseynovun pornoqrafik film diskləri yaydığı məlum olub. Xətai rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhəmməd Hüseynov tutulub.
Anar Məmmədov /ANS PRESS/