Bu gün saat 17:30 radələrində Paytaxtın Nizami rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Qara Qarayev prospektində Tiflis kinoteatrının qarşısında baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəzanın baş verməsinə səbəb yol polisi tərəfindən təqib olunan 90 AM 143 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobilin digər nəqliyyat vasitəsinin yoluna çıxması olub. Qəza zamanı “Azsamand” avtomobili 90 GL 894 dövlət nömrə nişanlı “BMW X5” markalı maşına çırpılıb. “Azsamand” avtomobilində olan bir nəfər şəxs isə xəsarət aldığından təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Dövlət Yol Polisi İdarəsinin Nizami rayon bölməsindən ANS PRESS-ə verilən məlumatda isə qəza ilə bağlı heç bir təfərrüatın məlum olmadığı və faktın araşdırıldığı bildirilib. ANSPRESS
Polisin saxlamaq istədiyi maşın qəza törətdi
“Azsamand” markalı avtomobil “BMW X5”-ə çırpılıb.




Şərhlər