Hadisə

Polis bölməsində ölüm hadisəsi baş verdi

Atəş Xudiyev Sumqayıt şəhər polis idarəsində infarktdan dünyasını dəyişib.

· Xəbərçi
Polis bölməsində ölüm hadisəsi baş verdi
Ötən gecə saat 03.30 radələrində Sumqayıt şəhər sakini Zöhrab Vahidovun idarə etdiyi "Mercedes" markalı avtomaşına sərnişin qismində oturmuş sərxoş halda olan Sumqayıt şəhər sakini Atəş Xudiyev sürücüyə maneəçilik törətdiyinə və təhqir etdiyinə görə, Z.Vahidov avtomaşınını 3-cü mikrorayonun ərazisində xidmət aparan Sumqayıt ŞPİ Post-Patrul Xidməti Taborunun patrul avtomaşınının yanına sürərək şikayətini bildirib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Xudiyev, Z.Vahidovla birgə 3-cü Polis Bölməsinə aparılarkən yolda səhhəti pisləşmiş və Polis Bölməsinə çatdıqdan sonra əvvəllər iki dəfə infarkt keçirdiyini bildirərək cibindəki dərmanı qəbul edib.

Polis Bölməsinə təcili tibbi yardım maşını çağırılsa da, tibb işçiləri tərəfindən müayinə edilən A.Xudiyevin infarktdan öldüyü müəyyənləşdirilib.

Şərhlər