Paytaxtda polis zabitinin meyiti tapıldı
09 Dekabr 2009 Çərşənbə 17:00
Paytaxtda polis zabitinin meyiti tapılıb. Kapitan Arif Səfərovun qətlinin səbəbləri məlum deyil.
Bakı şəhərində polis zabitinin meyiti tapılıb. Suraxanı rayon Prokuroru Sərdar İmanov ANS PRESS-ə bildirib ki, meyidi aşkarlanmış şəxs Suraxanı rayon Polis İdarəsinin əməkdaşı, polis kapitanı Arif Səfərovdur.

Meyit bu gün səhər saatlarında Hövsan qəsəbəsi ərazisində, Zığ yolunun kənarında aşkar edilib. Onun hansı şəraitdə öldüyü hələlik məlum deyil.

Hazırda meyit müayinə üçün tibbi ekspertizaya göndərilib. Ölümün dəqiq səbəbi ekspert rəyindən sonra məlum olacaq.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar