Paytaxtda mənzilləri talayan 23 yaşlı gənc yaxalanıb
14 Sentyabr 2009 Bazar Ertəsi 15:10
Ramil Ələsgərov beş ay ərzində 40-a yaxın oğurluq epizodunda şübhəli bilinir
Paytaxtda mənzilləri talayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, sentyabrın 12-də Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 23 yaşlı Ramil Ələsgərovdan 1,084 qram narkotik vasitə olan heroin və 6 tabletka müxtəlif uyuşdurucu maddələr aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, R. Ələsgərov təxminən aprel ayından sentyabr ayına kimi müxtəlif vaxtlarda Ədalət Abbasov, Müqabil Quliyev, Səyyarə Həziyeva, Pünhanə Abdullayeva, Sadiq Məmmədov, Eyvaz Xudaverdiyev, Umran Kirmanov, Tavat Məmişova, Ramil Qəhrəmanov, Nicat İmanov, Nəsimi Şahbazov, Svetlana Sayqılı, Qədir Qənbərov, Etibar Həsənov, Elçin Nərimanov, Natiq Babayev, Nazilə Hətəmova, İlkin Nağıyev, Valentina Xaritonova, Bəhruz İsrafilov, İxtiyar Səfərov, Ramiz Dadaşəliyev, Vaqif Lələliyev, Şəlalə Nəsirova, Hüseynağa Əhmədov, Ələkbər Məmmədov, Elmira Muradov, Vahid Hacıyev, Sadıq Qurbanov, Əlihüseyn Kələşov, Cəlal Həsənov, Rəqsanə Məmmədova, Rövşən Hüseynov, Həmidə Cəbrayılova, Mirzəağa Həsənovanın mənzillərindən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlayıb.
R. Ələsgərov həmçinin iyulun 26-sı saat 20.00 radələrində Binəqədi şosesində yaşayan Aygün Adıgözəlovaya məxsus "Hyundai" markalı 10-UJ-280 dövlət nömrə nişanlı avtomobildən şəxsiyyət vəsiqəsi, 28 manat və qızıl-zinət əşyaları oğurlayıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar