Paytaxtda güclü külək əsəcək
19 Yanvar 2009 Bazar Ertəsi 17:43
Yaxın günlərdə ərzində ölkə ərazisində tutqun hava şəraiti üstünlük təkli edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, yanvarın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz, gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək, axşama doğru arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.

Yanvarın 21-də tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin gecə və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, yanvarın 20-dən 21-ə keçən gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq. Yanvarın 22-də havanın buludlu olacağı, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 20-də bəzi rayonlarda az yağıntı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Yanvarın 21-22-də bəzi yerlərdə duman, çiskin olacaq, şərq rayonlarında isə yağıntı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 9-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar