Paytaxt sakini naməlum şəxs tərəfindən bıçaqlanıb
30 May 2012 Çərşənbə 06:58
Xəstəxanaya çatdırılan zərərçməkmişin həyatını həkimlər xilas edib.
Gecə saatlarında paytaxt ərazisində bıçaqlanma hadisəsi də baş verib. Hadisə zamanı 25 yaşlı paytaxt sakini Məmmədov Adil Rüfət oğlu bir neçə bıçaq xəsarəti alaraq 1 saylı xəstəxanaya çatdırılıb və aparılan cərrahi əməliyyatdan sonra Məmmədov həkim nəzarətinə verilib.
Faktla əlaqədar polisə də məlumat verilib.
Qeyd edək ki, ilkin olaraq həkimlər tərəfindən dindirilən zaman Adil Məmmədov Bakının Xətai rayonu ərazisində, Neapol dairəsi deyilən yerdə tanımadığı şəxslə mübahisə əsnasında bıçaqlandığını bildirib.
Hadisənin həqiqətən də həmin ərazidə baş verib-vermədiyi və onun kim tərəfindən törədildiyi aparılan araşdırmalardan sonra bəlli olacaq.
DOSTLARINLA PAYLAŞ: