Hadisə

Patyaxtda naməlum cəsəd tapılıb

Kişi meyiti Nərimanov rayonu ərazisində aşkar olunub.

· Xəbərçi
Patyaxtda naməlum cəsəd tapılıb
Bu gün saat 17:00 radələrində Bakıda naməlum kişi meyiti tapılıb. Bu barədə Bakının Nizami rayon Prokurorluğundan məlumat verilib.

Naməlum kişi meyiti Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 16 saylı evin həyətindəki nasosxanada aşkar edilib. Hadisə yerinə rayon polis idarəsi və prokurorluq orqanı əməkdaşları gəlib. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Hazırda meyitin şəxsiyyətinin müəyyən olunması istiqamətində müvafiq araşdırmalar aparılır.

Həmin şəxsin ölüm səbəbi isə aparılacaq məhkəmə tibbi ekspertizasının rəyindən sonra bəlli olacaq. ANSPRESS

Şərhlər