Özünü Qız qalasından atmaq istəyən qızın kimliyi və intihara cəhdin səbəbi məlum olub
07 İyul 2011 Cümə Axşamı 21:30
İntihara cəhd edən Bakı sakini Günlarə Musa qızı Məcidova olub.
Bu gün saat 16:35 radələrində Bakıda intihar etməyə cəhd edən 20-25 yaşlarındakı qızın kimliyi məlum olub. Səbayel rayon Polis İdarəsindən verilən son məlumata görə, intihara cəhd edən Bakı sakini Günlarə Musa qızı Məcidovadır. O, Polis İdarəsində ərizəsi alındıqdan sonra ailəsinə təhvil verilib. Araşdırmalar zamanı məlum olub ki, qızın anası sağdır və intihara cəhdin səbəbi qızın şəxsi məsələsi ilə bağlı olub.

Xatırladaq ki, intihar etmək istəyən gənc qız Qız Qalasının başına çıxaraq oradan özünü atmağa cəhd göstərib. Amma nədənsə bir anlıq fikrindən vaz keçib. Hadisə yerinə sakinlər və polis əməkdaşları gəlib, hər kəs qızı aşağı düşməyə səsləyib. Lakin qız heç kəsə məhəl qoymayıb. Qız “anamı istəyirəm”- deyərək ağlamağa başlayıb. Hadisə yerinə gələn polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gənc qızı fikrindən daşındırmağa çalışıblar. Qala ətrafına toplaşanlar qızın qalanın başından öz mobil telefonunu yerə çırpdığını da görüblər. Onun telefonunda sevdiyi oğlandan ayrılması barədə “SMS”lərin olduğu bildirilib. Xilasedicilərin apardığı psixoloji söhbət nəticəsində intihara cəhd edən şəxsi qaladan düşürmək mümkün olub. O, Səbayel rayon polis idarəsinə aparılıb. Verilən məlumata görə, qızın bu yaxınlarda anasının öldüyü bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Qız Qalasında baş verən intihar hallarının qarşısını almaq məqsədilə abidənin baxış meydançasında şəffaf şüşə konstruksiyası quraşdırılıb.Tarixi abidənin xarici görüşünə xələl gətirməyən konstruksiya 1,4 metr hündürlükdə olmaqla baxış meydançasının kənarları boyunca yerləşdirilib. Örtük ziyarətçilərə şəhərin mənzərəsini seyr etməyə heç bir maneə yaratmır. Konstruksiya dəyişkən hava şəraitinə, güclü küləyə davamlıdır və istənilən zaman abidəyə zərər gətirilmədən demontaj edilə bilər. Görünür bu da ziyarətçilərin intihar etmək cəhdinin qarşısında acizdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar