Hadisə 10 dekabr gecəsi “Sar Group” şirkətinin Cəlil Məmmədquluzadə küçəsi 56 ünvanında yerləşən ofisində baş verib. Naməlum şəxslər ofisə daxil olaraq seyfdən 1 milyon dollar pul aparıblar.
Cinayət barədə polisə məlumat verilib. Hazırda polis hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Özəl şirkətdən 1 milyon dollar pul oğurlanıb
Azərbaycan paytaxtında fəaliyyət göstərən özəl şirkətlərin birindən külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Bakı şəhərinin Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.




Şərhlər