Ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə 2009-cu il oktyabr ayının 30-da baş verib.
Belə ki, Montin qəsəbəsi Daş karxanası küçəsində yaşayan Solmaz Əhmədovanın evindən açıq qapıdan daxil olmaqla mobil telefon və qızıl-zinət əşyaları oğurlanıb. Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mübariz Zülfüqarov ötən gün saxlanılıb. ANSPRESS
Ötən il ev yardı, bu il tutuldu
Mübariz Zülfüqarov mobil telefon və qızıl əşyalar oğurlamaqda ittiham olunur.




Şərhlər