Ötən gün iki nəfərin ölümü ilə nəticələnən iki yol-qəza hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində şəhər sakini Eşqin Kərimov idarə etdiyi “VAZ-21061” markalı avtomaşınla həmyerlisi Məmməd Musayevi vurub.
Digər hadisə isə saat 20:30 radələrində Qazax rayonu ərazisində olub. Məzəm kənd sakini Natiq Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Qazax şəhər sakini Etibar İsmayılovu vurub.
Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Hər iki fakt üzrə araşdırma aparılır.
Ötən gün iki piyada yol qəzasında ölüb
Faktla bağlı araşdırma aparılır




Şərhlər