Ötən gün Bakıda 4 nəfəri gün vurdu
26 İyul 2012 Cümə Axşamı 11:15
Həmin şəxslərdən birinin vəziyyəti nisbətən ağırdı
Ötən gün Bakı şəhərində 4 nəfəri gün vurub. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, gün vurma ilə bağlı həkimə 2 qadın, 2 kişi müraciət edib.

Belə ki, 36 və 39 yaşlı kişiləri, eləcə də 32 və 18 yaşlı qadınlar gün vurma ilə əlaqədar həkimə müraciət ediblər. Lakin 32 yaşlı qadının vəziyyəti ağır olduğundan və dərisi günəş şüalarından yandığından onu xəstəxanaya yerləşdirib. Digər xəstələrə isə ilkin tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar