Hadisə

Ötən gün Bakıda 3 nəfəri ilan sancıb

Bakıda bu il yay mövsümü başlayandan avqusta qədər 30-dan artıq ilan sancması faktı qeydə alınıb.

· Xəbərçi
Ötən gün Bakıda 3 nəfəri ilan sancıb
Ötən gün Bakıda 3 nəfəri ilan sancıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, onlardan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Belə ki, Binəqədi rayonu Mehdiabad kəndində 22 yaşlı Şövkət Həsənovanı, Səbail rayonunda 23 yaşlı Ülviyyə Şükürovanı və Pirallahı qəsəbəsində 26 yaşlı Sadiq Bayramovu ilan sancıb.

Qeyd edək ki, Bakıda bu il yay mövsümü başlayandan avqusta qədər 30-dan artıq ilan sancması faktı qeydə alınıb. Onlardan 6 nəfəri uşaq olub.

Şərhlər