Ötən gecə Moskvanın cənubunda Moskvoreçye küçəsindəki 31 saylı evin qarşısında iş adamı Aleksandr Filçenko qətlə yetirilib. Məlumatı İnterfaksa hüquq mühafizə orqanlarındakı mənbə deyib. Həmin mənbənin məlumatına görə hadisə yerli vaxtla gecə 00.30-da (Bakı vaxtıyla 01.30) baş verib. Avtomobilindən düşüb evinə getmək istərkən naməlum silahlı Filçenkonun qarın və baş nahiyəsindən 2 dəfə atəş açıb. İş adamı aldığı yaralardan elə yerindəcə keçinib. Hələlik faktla bağlı hüquq mühafizə orqanlarından rəsmi məlumat verilməyib.
Ötən gecə Moskvada işadamı qətlə yetirilib
Aleksandr Filçenko qarın və baş nahiyəsindən aldığı güllə yaraları ilə hadisə yerindəcə keçinib




Şərhlər