Hadisə

Ötən gecə Bakıda 4 nəfəri əqrəb sancıb

Əqrəb sancan insanların ikisinin vəziyyəti nisbətən ağır olub.

· Xəbərçi
Ötən gecə Bakıda 4 nəfəri əqrəb sancıb
Ötən gecə Bakı şəhərində 4 nəfəri əqrəb sancıb. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, paytaxt ərazisində bir gecədə 4 əqrəbsancma hadisəsi qeydə alınıb.

Əqrəb sancma hadisəsi Abşeron rayonu Sulutəpə qəsəbəsində, həmçinin Qaradağ rayonu Qobustan qəsəbəsi və Sahil qəsəbəsində baş verib. Əqrəb sancan insanların ikisinin vəziyyəti nisbətən ağır olub. Xəstələr xəstəxanaya yerləşdirilib.

Şərhlər