Hadisə

Orta məktəbdə bomba həyəcanı

FHN-ə 102 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi haqda məlumat daxil olub.

· Xəbərçi
Orta məktəbdə bomba həyəcanı
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 102 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dərhal mütəxəssislər və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıblar. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparıblar.

Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 21:20-də başa çatıb.

Şərhlər