Hadisə

Orta məktəb müəllimi özünü öldürüb

Azərbaycanın Daşkəsən rayonunda orta məktəb müəlliməsi özünü öldürüb. Bu barədə APA-ya Daşkəsən rayon Prokurorluğundan bildirilib.

· Xəbərçi
Orta məktəb müəllimi özünü öldürüb
Hadisə dünən rayonun Bayan kəndində qeydə alınıb. Kənd sakini, 43 yaşlı Göyçək Əliyeva yaşadığı evin zirzəmisində özünü asıb. Mərhumun meyiti hadisə baş verəndən xeyli sonra ailəsi tərəfindən aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

G. Əliyevanın Bayan kənd orta məktəbində müəllim işlədiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər