Ordunun rüşvətxor polkovnik-leytenantı azadlıqdan məhrum edilib
23 May 2011 Bazar Ertəsi 15:13
S.Əyyubov 9 il müddətinə dəmir barmaqlıqlar arxasına salınıb
Azərbaycan Milli Ordusunun rüşvətxorluqda təqsirləndirilən yüksək rütbəli zabiti azadlıqdan məhrum edilib. Gəncə Hərbi Məhkəməsindən verilən məlumata görə, Şəmkir Hərbi Birləşməsinin zabiti, polkovnik-leytenant Seymur Əyyubov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar bir daha törədildikdə), 331.2-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham olunub.
Törətdiyi əmələ görə, Gəncə hərbi Məhkəməsinin qərarı ilə S. Əyyubov 9 il müddətinə azadlıqdan məhrum edilib.
DOSTLARINLA PAYLAŞ: