Hadisə

Ordumuzun əsgəri intihar etdi

Hadisənin səbəbi araşdırılır

· Xəbərçi
Ordumuzun əsgəri intihar etdi
Azərbaycan Ordusunda intihar faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə Bakı hərbi birləşməsinə məxsus hərbi hissələrdən birində qeydə alınıb.

2010-cu ilin yanvarında Oğuz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Orxan İlham oğlu Məmmədov özünü asaraq intihar edib. Əsgərin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O. Məmmədovun ordudan tərxis olunmasına 3 ay qalıbmış.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, intiharın səbəbləri araşdırılır.

Şərhlər